★★★★★
Average rating on the App Store. Apple doesn't publish how many ratings each star has.
This app isn't in any of our charts yet.
Yol Nişanları tamamilə yeniləndi! - Yeni dizayn: tətbiq daha sadə və rahatdır. - Gündəlik məşq: hər gün qısa dəst. Nişanı 4 dəfə düz cavablandırdıqda o, mənimsənilmiş sayılır. - Səhv etdin? Nişanın izahını və səhv seçdiyin nişanla fərqini dərhal görürsən. - Səhv etdiyin nişanlar yenidən soruşulur, zəif nişanları ayrıca təkrar edə bilərsən. - İmtahan rejimi: 15 sual, 15 dəqiqə, ən çox 2 səhv. Əsl imtahan kimi. - Axtarış: adını bilmədiyin nişanı forma və rənginə görə tap. - Hər kateqoriya üzrə irəliləyişini gör. - İrəliləyiş səhifəsi: son 4 həftənin aktivliyi və ardıcıl günlərin. - Swipe oyununda səhv cavabdan sonra düzgün cavab göstərilir. - Sabitlik və sürət yaxşılaşdırıldı.
Sürücülük vəsiqəsi imtahanına hazırlıq üçün köməkçi Yol nişanları proqramı Sürücülük vəsiqəsi imtahanına hazırlıq üçün Yol nişanları proqramı Azərbaycan Respublikasında yollardakı bütün yol nişanlarını və izahlarını öyrədən tətbiqdir. Tətbiq içində test edərək öyrəndiklərinizi yoxlaya bilərsiniz. Tətbiqdəki nişanlar və izahları DYP-nin saytından götürülüb və müntəzəm olaraq yenilənir. Tətbiqi birbaşa sürücülük vəsiqəsi üçün imtahana hazırlıq üçün yox, köməkçi kimi istifadə etmək daha uyğundur. Proqramdan istifadə edərək yol hərəkət qaydalarını və yol nişanlarını daha yaxşı öyrənə və sürücülük vəsiqəsi almaq üçün sürücülük ("prava") imtahanında faydalana bilərsiniz. Həmçinin, nişanları öyrənərək yol polisinin sizi saxlamasının və cərimə yazmasının qarşısını ala bilərsiniz. Proqramda test funksiyası var. Suallara cavab verməklə yol nişanları biliklərinizi test edə bilər və nəticəni dostlarınızla paylaşa bilərsiniz. Əgər proqram xoşunuza gəldisə, xahiş edirik, dəstək olmaq üçün proqrama 5 ulduz (səs) verəsiniz. Proqramı dostlarınızla paylaşaraq onların da bu proqramdan faydalanmağına və yollardakı nişanları tanımağına kömək edin.