★★★★★
Average rating on the App Store. Apple doesn't publish how many ratings each star has.
This app isn't in any of our charts yet.
Dapti indi bildiriş göndərir və daha sürətli işləyir. Hər gün öyrənmək indi daha rahatdır.
Dapti 1-4-cü sinif şagirdləri üçündür. Riyaziyyat, Azərbaycan dili, ingilis dili və məntiq burada oyun oynayırmış kimi keçilir. Tapşırıqlar sinfin proqramına görədir. Hər fənn bir xəritədir. Səviyyələr bir-bir açılır, düz cavablar ulduz və sikkə gətirir. Yanında narıncı ahtapot Dapti olur. Düz cavabda alqışlayır, səhv olanda ürək-dirək verir. Səhv cavabdan sonra izah elə orada açılır və bir cəhd də verilir. Mövzu başa düşülməyibsə, AI Müəllim onu səslə və şəkillərlə yenidən danışır. Sualı yazmaq da olar, səslə soruşmaq da. Valideyn üçün ən vacib hissə SMS hesabatdır. Tətbiqi açmadan görürsünüz: övladınız bu həftə neçə gün oxuyub, hansı mövzu yaxşı gedir, hansında ilişib qalıb. Hesabatın nə qədər tez-tez gəlməsini özünüz seçirsiniz. Hər gün, üç gündən bir, ya da həftədə bir dəfə. Hər mövzunun sonunda qısa test var. Səhv edilən suallar bir neçə gün sonra yenidən çıxır ki, öyrənilən unudulmasın. Gündəlik seriya qırılmasın deyə hər gün qayıtmaq istəyirsən. Qazanılan sikkə ilə Dapti-yə tac, eynək alınır. Ayın sonunda hər sinif üzrə ilk üç yer sertifikat alır. Başlamaq üçün sinfi və fənni seçin. 8 suallıq qısa yoxlamadan sonra ilk hesabat elə o an hazır olur. Yeni fənlər əlavə olunduqca tətbiqdə özü görünür. Bir fənn pulsuz sınaq üçün açıqdır. Dapti Pro bütün fənləri və AI Müəllimi açır. Ödəniş App Store hesabınızdan alınır. Abunəlik cari dövr bitməzdən ən azı 24 saat əvvəl ləğv edilmədikdə avtomatik yenilənir. Abunəliyi App Store hesab ayarlarından idarə edə və ləğv edə bilərsiniz. Dapti Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidentidir. Dəstək: support@dapti.az İstifadə şərtləri (Terms of Use): https://dapti.az/terms-of-use/ Məxfilik siyasəti (Privacy Policy): https://dapti.az/privacy-policy/