★★★★★
Average rating on the App Store. Apple doesn't publish how many ratings each star has.
This app isn't in any of our charts yet.
• Real müsahibə simulyatoru: 3 nəfərlik komissiya, səsli suallar, süni intellektlə qiymətləndirmə • Qurum və vəzifə sualları: hər vakansiyanın müsahibə proqramı üzrə suallar cavabları ilə • Yüksəl Premium: bütün vəzifə sualları və səsli qanunlar • Qanunları səsli dinləyin — tətbiqdən çıxanda da səs davam edir • Testlərdə qaldığınız yerdən davam edin • Sürət və rahatlıq düzəlişləri
Dövlət qulluğu imtahanına hazırlaşmağın ən rahat və rəqəmsal yolu. Qanunların tam mətni, testlər, vakansiyalar və müsahibəyə hazırlıq — hamısı bir yerdə. TEST MƏRHƏLƏSİ Dövlət qulluğu yazılı imtahanının əsas bölmələri üzrə testlər: Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkür. Vəzifə qrupunuza uyğun suallarla çalışın, biliklərinizi yoxlayın və hər sualın izahı ilə mövzunu daha yaxşı mənimsəyin. Testi yarımçıq qoysanız, növbəti dəfə qaldığınız yerdən davam edin. QANUNLAR DİM proqramına daxil olan qanunların tam mətni — maddə-maddə, axtarışla və vəzifə qrupunuzun proqramına görə süzgəclə. SƏSLİ QANUNLAR Qanun maddələrini peşəkar səslə dinləyin — ekran bağlı olanda və tətbiqdən çıxanda da. Yolda, maşında, idmanda hazırlaşın. MÜSAHİBƏ SİMULYATORU Üç nəfərlik komissiya qarşısında real müsahibə: suallar səsli verilir, səslə və ya yazılı cavab verirsiniz, süni intellekt cavablarınızı qanundakı meyarlar üzrə qiymətləndirir. Sonda hər meyar üzrə bal, zəif mövzular və nümunə cavablar. İlk müsahibə pulsuzdur. QURUM VƏ VƏZİFƏ SUALLARI Hər vakansiyanın müsahibə proqramı üzrə suallar: ümumi qanunlar, qurumun əsasnaməsi və vəzifə funksiyaları — cavabları və qanundakı mənbəsi ilə. Hər vəzifədə ilk 5 sual pulsuzdur. VAKANSİYALAR DİM-in müsahibə elanlarındakı vakansiyalar: tələblər, funksiyalar, son tarix və hər vəzifənin proqramı. YÜKSƏL PREMIUM Bütün vəzifələrin müsahibə sualları cavabları ilə və bütün səsli qanunlar. Aylıq avtomatik yenilənən abunədir; ödəniş Apple ID hesabınızdan tutulur. Abunə cari dövrün bitməsindən ən azı 24 saat əvvəl ləğv edilmədikdə avtomatik yenilənir. Abunəni App Store hesab ayarlarından idarə edə və ləğv edə bilərsiniz. Müsahibə simulyatoru ayrıca paket kimi satılır. İstifadə şərtləri (EULA): https://www.apple.com/legal/internet-services/itunes/dev/stdeula/ Məxfilik siyasəti: https://devadamlar.com/yuksel/privacy